Главная > Hadisə > Sabirabadda güclü yanğın - Xəsarət alanlar var

Sabirabadda güclü yanğın - Xəsarət alanlar var


1-02-2021, 08:49. Разместил: azadses
Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

''Azad Səs'' Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад