Главная > Hadisə > Keçmiş ər boşadığı qadını bıçaqladı

Keçmiş ər boşadığı qadını bıçaqladı


2-03-2020, 17:42. Разместил: azadses
Xaçmazda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb
Azadsəs-in şimal bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz şəhər sakini, 1966-cı il təvəllüdlü Nailə Minacəddin qızı Məmmədova bıçaqlanıb.
N.Məmmədovanın hadisəni törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı Bəhruz Məmmədov saxlanılıb.
Nailə Məmmədova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Вернуться назад