Главная > Hadisə > Xameneyinin köməkçisidə koronovirusdan öldü

Xameneyinin köməkçisidə koronovirusdan öldü


2-03-2020, 14:16. Разместил: azadses
İranda virus qurbanları artır
Cənub qonşumuz İranda koronovirusdan ölənlərin sayı bir gündə 12 nəfər artıb. Nəticədə ölkədə ölü sayı 66-ya çatıb. Yoluxanların sayı isə 1501 nəfərdir.
Ölənlər arasında dövlət məmuru da var. Bu İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədidir. 
İran koronavirus epidemiyasının ən ağır təsir göstərdiyi ölkələr siyahısındadır. Çindən sonra ən çox ölüm faktı da məhz bu ölkədə qeydə alınıb. Azərbaycan fevralın 29-dan tədbir məqsədi ilə İranla sərhəddi bağlayıb. 




Вернуться назад