Главная > Hadisə > Şəkidə zəncirvari qəza baş verib

Şəkidə zəncirvari qəza baş verib


29-01-2021, 08:41. Разместил: azadses
Şəkidə zəncirvari yol qəzası baş verib. 

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəki şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.

“Toyota Prado” markalı 55 BC 355 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı 55 BO 938 dövlət nömrə nişanlı və “Mersedes E 240” markalı 55 BU 522 dövlət nömrə nişanlı minik avtomobilləri qəza törədib. Qəzadan sonra “Toyota Prado” markalı minik avtomobili ərazidən keçən çaya düşüb. 

Qəza zamanı hər üç avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 


Вернуться назад