Главная > Hadisə > Moskvada silahlı soyğunçular azərbaycanlının 5 milyonunu apardılar

Moskvada silahlı soyğunçular azərbaycanlının 5 milyonunu apardılar


3-11-2019, 16:04. Разместил: azadses
Zərərçəkən güllə yarası ilə xəstəxanaya yerləşdirilib
Noyabrın 1-də beş soyğunçu Moskvanın Yuxarı sahələr küçəsində yerləşən 17 mərtəbəli binada yaşayan azərbaycanlının evinə basqın ediblər.
Azadses-in məlumatına görə, bu barədə “Moskva” agentliyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, hücum edənlərdən biri 1975-ci il təvəllüdlü kişiyə travmatik tapançadan iki dəfə atəş açıb. Soyğunçular azərbaycanlının 5 milyon rublla dolu çantasını oğurlayaraq yoxa çıxıblar.
Zərərçəkən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hücum edənlərdən biri tez bir zamanda polis tərəfindən tutulub.
Polis Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktı ilə cinayət işi açıb
Вернуться назад