Главная > Hadisə > İstanbulda terrora hazırlaşan dəstə ələ keçdi

İstanbulda terrora hazırlaşan dəstə ələ keçdi


26-02-2020, 15:25. Разместил: azadses
Terrorçuların evindən 10 kq partlayıcı tapılıb
İstanbulda terror aktı törətməyə hazırlaşan dəstə ələ keçib. Türkiyə mətbuatının məlumatına görə, polis eyni anda 5 məntəqədə əməliyyat keçirib. Əməliyyat zamanı 2 terrorçu və onlara kömək edən 6 nəfər, o cümlədən terrorçulardan əlavə 10 kq-a yaxın partlayıcı maddə, silah-sursat da ələ keçirilib.
Saxlanılan Suriya əsilli şəxslərin PKK/KCK terror təşkilatı təlimlərinə qatıldıqları müəyyən edilib. 
Hər iki terrorçu Türkiyə ərazisinə saxta sənədlərlə keçə bilib. Onların hədəflərində isə dövlət rəsmiləri, bələdiyyə, valilik, eləcə də iqtisadi obyektlər olub.




Вернуться назад