Главная > Hadisə > Azərbaycanda ölü və yaralıların olduğu dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Azərbaycanda ölü və yaralıların olduğu dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT


18-01-2021, 14:48. Разместил: azadses
Daxili İşlər Nazirliyi yanvarın 16-da saat 16 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.


Вернуться назад