Главная > Hadisə > Ağdamda evdən xeyli miqdarda pul oğurlayan şəxs saxlanıldı

Ağdamda evdən xeyli miqdarda pul oğurlayan şəxs saxlanıldı


25-02-2020, 11:46. Разместил: azadses
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevralın 20-də Ağdam rayon Quzanlı qəsəbə sakini Şahnaz Zalova Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus yaşayış evindən 27360 ABŞ dolları oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon İmamqulubəyli kənd sakini, əvvəllər məhkumluğu olan Sabir Əliyev saxlanılıb. S. Əliyevdən 26280 ABŞ dolları maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işibaşlanılıb, araşdırmalar davam etdirilir.


Вернуться назад