Главная > Hadisə > Rayonlara qar yağdı, Bakıda ağaclar aşdı

Rayonlara qar yağdı, Bakıda ağaclar aşdı


2-11-2019, 13:22. Разместил: azadses
Yağışlar torpağı yumşaldıb
Ölkədə oktyabrın 31-dən başlayan qeyri-sabit hava şəraiti davam edir. Ötən gecə Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb. Dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetrə çatır. 


Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində 3 ağac aşıb. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, hadisə nəticəsində 1 avtomobilə ziyan dəyib: "Hadisə Nərimanov və Nəsimi rayonları ərazisində baş verib. 2 ağac Nərimanov rayonunda, 1 ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri fərdi avtomobilə ziyan vurub. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".
O.Məmmədov bildirib ki, paytaxtda bir neçə gün davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlar diqqətli olmalı, ağaclara yaxın ərazidə avtomobil saxlamamalı, dayanmamalıdırlar. Çünki intensiv yağışlar nəticəsində torpaq qatı yumşalır və güclü külək ağacları asanlıqla aşıra bilir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir.




Вернуться назад