Главная > Hadisə > Bakıda toyda qan tökən şəxs tutuldu

Bakıda toyda qan tökən şəxs tutuldu


2-11-2019, 13:00. Разместил: azadses
Mərasimdə 3 nəfər bıçaqlanmışdı
Bakıda toyda iştirak edənləri bıçaqlayan şəxs tutulub. Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Bənövşə" şadlıq sarayında 3 nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb. Hadisə noyabrın 1-də saat 22 radələrində baş verib. Dərhal Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub. 
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.




Вернуться назад