Главная > Hadisə > Bakıda məktəbdə yanğın

Bakıda məktəbdə yanğın


10-01-2021, 10:38. Разместил: azadses
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 1000 m² olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-nin  Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
 
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Вернуться назад