Главная > Hadisə > DİN-dən əməliyyat: Mütəşəkkil dəstə ələ keçdi - FOTO

DİN-dən əməliyyat: Mütəşəkkil dəstə ələ keçdi - FOTO


8-01-2021, 16:53. Разместил: azadses
Daxili İşlər Nazirliyinin Nəqliyyatında Baş Polis İdarəsinin (NBPİ) əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan doqquz nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.
Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, iki ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Вернуться назад