Главная > Hadisə > Qusarda yaşayış evi yanıb

Qusarda yaşayış evi yanıb


8-01-2021, 08:30. Разместил: azadses
Qusar rayonununda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Həzrə kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 64 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад