Главная > Hadisə > Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın


7-01-2021, 15:12. Разместил: azadses
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

''Azad Səs''-in Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Вернуться назад