Главная > Hadisə > Milli Televiziya və Radio Şurasının üzvü koronavirusdan vəfat etdi - FOTO

Milli Televiziya və Radio Şurasının üzvü koronavirusdan vəfat etdi - FOTO


5-01-2021, 10:31. Разместил: azadses
Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib.
Bu barədə MTRŞ-dan məlumat verilib.
Bildirilib ki, Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
"Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, M.Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub.
O, 2003-ci ildən MTRŞ-nin üzvü olub.
Allah rəhmət eləsin!



Вернуться назад