Главная > Hadisə > Beyləqanda mikroavtobus aşdı: Ölən və yaralılar var

Beyləqanda mikroavtobus aşdı: Ölən və yaralılar var


4-01-2021, 16:36. Разместил: azadses
Beyləqan rayonunun İkinci Aşıqlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 3-də saat 20 radələrində, Beyləqan rayonu İkinci Aşıqlı kəndinin ərazisində Zərdab rayon sakini X.Məmmədzadə idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.
Nəticədə sərnişinlərdən Emil Salıyev hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.


Вернуться назад