Главная > Hadisə > Bakıda YANĞIN: 5 nəfər təxliyə edildi

Bakıda YANĞIN: 5 nəfər təxliyə edildi


4-01-2021, 08:31. Разместил: azadses
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə ''Azad Səs''-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Вернуться назад