Главная > Hadisə > Seysmoloq Azərbaycanda baş vermiş iki zəlzələ haqqında: “Təşvişə ehtiyac yoxdur”
Seysmoloq Azərbaycanda baş vermiş iki zəlzələ haqqında: “Təşvişə ehtiyac yoxdur”16-02-2020, 22:34. Разместил: azadses |
![]() Oxu.Az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı gün ərzində ölkəmizdə baş verən zəlzələlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qeydə alınan hər iki zəlzələ zəif olub: “Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometrdir. Nəzərə almaq lazımdır ki, hər iki rayon seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür”. Вернуться назад |