Главная > Hadisə > Əməkdar artistə AĞIR İTKİ

Əməkdar artistə AĞIR İTKİ


29-12-2020, 11:24. Разместил: azadses
Əməkdar artist, xanəndə Qoçaq Əsgərova ağır itki üz verib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, sənətçinin anası Diləfruz xanım koronavirusdan dünyasını dəyişib.
 
Muğam ustası sosial media hesabından paylaşım edərək bu sözləri yazıb: "Canım anam doğum günümə ölümünü hədiyyə etdin mənə".
 
Qeyd edək ki, Əməkdar artistin anası uzun müddət şəkərli diabet və ürək problemləri xəstəliyindən əziyyət çəkirdi.
 
Allah rəhmət eləsin!


Вернуться назад