Главная > Hadisə > İki rayonda yanğın - 87 və 60 yaşlı qadınlar yanaraq öldülər

İki rayonda yanğın - 87 və 60 yaşlı qadınlar yanaraq öldülər


11-02-2020, 10:17. Разместил: azadses
Qadınların meyitini evdə kəşfiyyat aparan xilasedicilər tapıblar
Şəmkir və Gədəbəydə ölümlə nəticələnən yanğınlar baş verib.
FHN-dən verilən məlumata görə, Şəmkirin Ələsgərli kəndində birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Gədəbəy rayonunun Düz Rəsullu kəndində də ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində alov müşahidə olunub. Yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




Вернуться назад