Главная > Hadisə > Abşeronda 22 yaşlı gənc yol qəzasında xəsarət aldı

Abşeronda 22 yaşlı gənc yol qəzasında xəsarət aldı


24-12-2020, 08:50. Разместил: azadses
Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Hüseynov Rahil Bəxtiyar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад