Главная > Hadisə > 2 nəfəri xilas etmək istəyən 33 adam öldü - qar uçqunu faciəsi FOTO

2 nəfəri xilas etmək istəyən 33 adam öldü - qar uçqunu faciəsi FOTO


6-02-2020, 08:25. Разместил: azadses
 Vanda baş verən uçqun faciəsinin qurbanlarının sayı artıb
Türkiyədə baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. Van-Bahçesaray yolundakı fəlakət barədə son məlumatı ölkənin səhiyyə naziri Fahrettin Koca da təsdiqləyib. Nazirin sözlərinə görə, xəstəxanalarda 47 nəfərin müalicəsi davam edir, vəziyyəti ağır olanlar yoxdur. 
Qar altında hələ də insanların qaldıqları ehtimalı var. Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, ölənlərdən 23-ü hərçilərdir. "Bu ana qədər 67 nəfəri xilas etmişik. Havanın temperaturu -24 dərəcəyə kimi düşüb. Qar fırtınası təhlükəsi davam edir". 
Xatırladaq ki, ilk qar uçqunu fevralın 4-də baş verib. Jandarama və xilasedicilər qarın altında qalan mikroavtobusdan 5 nəfərin meyitini çıxardıblar, daha 6 nəfər isə xilas edilib. İtkin hesab edilən 2 nəfərin axtarışı davam edərkən ikinci uçqun baş verib. Nəticədə ərazidə axtarış işləri aparan hərbçilər, kənd sakinləri özləri qar kütləsinin altında qalıb.




Вернуться назад