Главная > Hadisə > İstanbulda parçalanan təyyarənin 3 sərnişini öldü - yeni görüntülər ortaya çıxdı VİDEO

İstanbulda parçalanan təyyarənin 3 sərnişini öldü - yeni görüntülər ortaya çıxdı VİDEO


6-02-2020, 08:20. Разместил: azadses
İzmirdən İstanbula gələn hava gəmisində olan 179 nəfər xəstəxanalara müraciət edib
İstanbulda sərnişin təyyarəsinin eniş zolağından çıxaraq üç hissəyə bölünməsi nəticəsində 3 nəfər ölüb. Azadsəs-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nаziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəstəxanaya müraciət edənlərin sayı 179 nəfərə çatıb. 
"Pegasus"  Hava Yollarına aid təyyarənin zolaqdan çıxmasını əks etdirən görüntülər də yayaılıb. Kadrlardan aydın olur ki, təyyarə zolaqda bir müddət hərəkət edib, lakin sürüşərək onun sağ kənarındakı boşluğa doğru gedib və parçalanıb. 
Xatırladaq ki, hadisə dünən baş verib. İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib. 
Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb. Təyyarələr İstanbul hava limanına eniş edirlər. 

Вернуться назад