Главная > Hadisə > İçərisində sərnişinlər olan avtobus qar uçqunu altında qaldı, 5 ölü

İçərisində sərnişinlər olan avtobus qar uçqunu altında qaldı, 5 ölü


5-02-2020, 09:36. Разместил: azadses
Hadisə Türkiyədə Van yolunda baş verib
Türkiyədə mikroavtobus qar uçqununa düşüb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə  Van-Bahçesaray magistralında baş verib. Bir mikroavtobus və traktor uçqun altında qalıb.
Ən son məlumata görə, mikroavtobusda olan 5 nəfər vəfat edib. Van Valisi Mehmet Emin Bilmez hadisə nəticəsində 7 nəfərin də yaralandığını bildirib. "2 nəfərin daha qar aldında qala biləcəyini ehtimal edirik. Ərazidə işlər davam edir". 
Hadisə ötən gün saat 18 radələrində baş verib. Dərhal əraziyə təcili yardım, jandarma və xilasedicilər cəlb edilib. İlk olaraqbtraktorun sürücüsü qar altından sağ çıxarılıb. Avtobusun axtarışları isə bir müddət davam edib. 
Vali adıçəkilən istiqamətdə yenidən qar uçqunu təhlükəsi olduğunu deyib. 




Вернуться назад