Главная > Hadisə > Abşeronda taksi qəzaya düşdü, qadın sərnişin xəsarət aldı

Abşeronda taksi qəzaya düşdü, qadın sərnişin xəsarət aldı


21-12-2020, 08:04. Разместил: azadses
Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Azad Səs"-in məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Taksi ilə digər avtomobilin toqquşması nəticəsində sərnişin, 1976-cı il təvəllüdlü Ağayevə Tahirə Əli qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.Report

Вернуться назад