Главная > Hadisə > Keçmiş icra başçısının oğlu keçmiş arvadının boğazını kəsdi

Keçmiş icra başçısının oğlu keçmiş arvadının boğazını kəsdi


4-02-2020, 11:06. Разместил: azadses
Ceyhun Bəhmənov şübhəli şəxs qismində tutulub
Paytaxtın Yasamal rayonunda Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb. Keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. (unikal.org)




Вернуться назад