Главная > Hadisə > Qusarda it sevgisi 14 yaşlı uşağın həyatına son qoydu

Qusarda it sevgisi 14 yaşlı uşağın həyatına son qoydu


4-02-2020, 08:02. Разместил: azadses
Transformatora girən iti çıxarmaq istəyən yeniyetməni elektrik vurub
3 gün öncə evdən çıxan yeniyetmənin meyiti tapılıb. Azadsəs-in məlumatına görə, Qusar sakini Əmrah Narulla oğlu Əmrahovun fevralın 1-də evdən çıxmış və bir daha geri qayıtmamışdı.
Rayonun Bədirqala kəndində yaşayan 14 yaşlı Əmrah Əmrahov itkin kimi rayon polis şöbəsində qeydə alındığından intensiv olaraq onun  axtarışı aparılıb. Məktəblinin meyiti yaşadığı Bədirqala kəndinin 1 km-də fərdi təsərrüfatlardan birinin ərazisində yerləşən 400 kv-luq yüksək gərginlikli elektrik transformatoru otağında aşkar edilib. Dərhal Qusar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları və Azərişıq ASC-nin rayon şöbəsinin işçiləri gəlib. Meyitə və hadisə yerinə baxış keçirilib,zəruri ekspertiza nümunələri götürülüb.
8-ci sinif şagirdi olan Əmrah Əmrahovun transformatorun yanında tapılan meyitinin yanında it cəsədi də olub. İlkin ehtimallara görə, transformator otağına əvvəlcə it girib. Yeniyetmədə də içəri daxil olaraq itini çıxarmaq istəyib. 14 yaşlı məktəblinin və heyvanının elektrik cərəyanı vurduğu üçün dərhal ölüblər.
Ailə üzvlərinin hüquq-mühafizə orqanlarına verdiyi məlumata görə, Əmrah itləri çox sevirmiş, balaca itini çox sevdiyindən onunla gəzməyi çox xoşlayırmış. Əmrah Əmrahov 3 bacının bir qardaşı olub. Atası anası ilə ayrıldığından uşaqlar ananın himayəsində yaşayır.
Fakta görə Qusar rayon prokurorluğunda CM-nin 314.2 (Səhlənkarlıq,zərərçəkmiş şəxşin ölümünə və daha ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.Lazımi istintaq tədbirləri davam etdirilir.



Вернуться назад