Главная > Hadisə > İsmayıllıda yük avtomobili hasara çırpılıb

İsmayıllıda yük avtomobili hasara çırpılıb


13-12-2020, 16:26. Разместил: azadses
İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən İsmayıllı rayonunda “JAC” markalı yük avtomobili yol kənarındakı hasara çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Вернуться назад