Главная > Hadisə > Qusarda yeni ata olan hərbçi dəm qazının qurbanı oldu

Qusarda yeni ata olan hərbçi dəm qazının qurbanı oldu


27-01-2020, 11:42. Разместил: azadses
31 yaşlı Tural Əliyevin meyiti hamamdan tapılıb
Qusarda hərbçi dəm qazından boğulub. Azadsəs-in məlumatına görə, ölən şəxs Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən hərbi hissəsinin əməkdaşıdır. 
Hadisə Qusar şəhərinin general Mahmud Əbilov küçəsi-16 ünvanında qeydə alınıb. Yanvarın 26-sı axşam saat 21.37-də hərbçi, 31 yaşlı Tural Mahruz oğlu Əliyevin kirayədə qaldığı evin həyətindəki hamamda meyiti tapılıb. Onun cansız bədənini iş yoldaşı Elməddin Tağıyev görüb. Dərhal hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hadisə yerinə Qusar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib və baxış keçirilib. Meyit daxili müayinədən keçirilib. Onun ilkin olaraq, hamamda dəm qazından boğularaq öldüyü bildirilir.
Mərhum Tural Əliyev Qusar şəhərində iki hərbçi yoldaşı ilə kirayədə qalırmış. Sumqayıt şəhərində anadan olmuş gizirin 2 aylıq qız uşağı var. Ailəsi Sumqayıt şəhərində yaşayır.
Hadisə yerində Qusar qaz istismarı idarəsinin əməkdaşları da işləyib, baxış zamanı "5 minutka" adlanan qızdırıcıdan çıxan zəhərli qazın bacadan geri qayıtması, bacanın yaxşı sovurmaması üzə çıxıb. 
Qeyd edək ki, Qusarda fərdi evlərdə tüstü bacalarının vaxtında təmizlənməməsi bu ay ikinci ölüm hadisəsinə səbəb olub. Yanvarın 12-də Samur qəsəbə sakini, 29 yaşlı Qafar İbrahimov yaşadığı evin həyətindəki yarım tikilidə dəm qazından boğularaq ölmüşdü. Onun evinin bacasında da quşlar yuva salmışdı. 
31 yaşlı hərbçi Tural Əliyevin dəm qazından boğulma faktını da Qusar rayon prokurorluğu araşdırır.


Вернуться назад