Главная > Hadisə > Şamaxı və Samux sakinlərindən silah götürüldü

Şamaxı və Samux sakinlərindən silah götürüldü


11-12-2020, 14:40. Разместил: azadses
Şamaxı və Samux rayon sakinlərində silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabir qəsəbəsi ərazisində İ.Əliyevdən müvafiq sənədləri olmayan “Stoeger” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa, Samux RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlarsarı kənd sakini M.Əsədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.Oxu.az


Вернуться назад