azadses.az » Hadisə » Qəza gənc qızın həyatını məhv etdi: Qubada baş verən hadisə araşdırlımır? – Şikayət (FOTO)

Qəza gənc qızın həyatını məhv etdi: Qubada baş verən hadisə araşdırlımır? – Şikayət (FOTO)

“Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi araşdırlımır”. 
''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, bu barədə Yenisabah.az-a hadisədə xəsarət alan Lalə Cavadova bildirib. Onun sözlərinə görə, hadisə avqustun 23-də Qubanın Dağlı kəndində baş verib. Qəza zamanı Lalə Cavadova xəsarət alıb.
“Avqust ayının 23-ü gecə saatlarında Qubanın Dağlı kəndinin ərazisində maşınımla hərəkət edərkən qarşı yoldan gələn “Toyota” markalı,  90 VX 908 dövlət nömrə nişanlı avtomobil idarəetməni ititrərək mənim maşınımı vurub. Mən sürətlə idarə etmirdim, lakin o həmin şəxs həm içkili idi, həm də yüksək sürətlə hərəkət edirdi, şahidlərim də var. Maşınım yanıb külə döndü, özüm də gözümdən xəsarət aldım. Qəzanı törədən şəxsin adı Famildir, Qubanın Dəlləkli kənd sakinidir. Bir dəfə də olsun gəlib məndən xəbər tutmayıblar. Ötən ayın 23-dən bəri şöbədən tutmuş, Baş  Prokurorluğa kimi hər yerə müraciət etmişəm. Nəticə yoxdur”, – deyə şikayətçi bildirib.
Lalə Cavadovanın sözlərinə görə, hadisəni törədən şəxs “Sevimli Dad” şirkətində işləyir. Məsələnin araşdırılmamasının kökündə də bu amil dayanır: “Deyirlər ki, bu şirkət Kəmaləddin Heydərova məxsusdur. Ona görə də onlara heç nə deyə bilmirik, qorxuruq.
Bir qızım var onunla birgə kirayədə yaşayıram. Qəzadan bəri nə işləyə, nə də kirayə pulunu ödəyə bilirəm.
Qəzadan sonra təcili yardım məni yox, Famil adlı şəxsi götürüb Qusar xəstəxanasına aparıb. Xəstəxanadan Quba rayonu polis şöbəsinə zəng ediblər ki, bu şəxsin içkili olub-olmamasının yoxlanılması üçün adam göndərilsin, çünki aparat olmayıb. Quba Polis Şöbəsindən isə avtomobilin “Sevimli Dad” şirkətinə məxsus olduğunu bilib, səhlənkarlıq edərək gəlməyiblər. İndi də  deyirlər ki, içkili olduğunu sübut edin. Qusar xəstəxanası bir saat həmin şəxsi saxlayıb, sonra evə buraxıb. Hətta məni təhqir edirlər, deyirlər ki, Famil müəllim sizi vurubsa, yaxşı edib”, üstəlik, Kəmaləddin Heydərovun adından istifadə edərək hamını qorxudurlar. Bundan əvvəl 5000 manat borc aldım,  gözümü əməliyyat etdirdim. İndi ikinci əməliyyata ehtiyac var, bunun üçün 7000 manat pul istəyirlər, yoxsa kor olacam”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional idarəsindən “Yeni Sabah”a bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırılma aparlılr.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib