azadses.az » Hadisə » Bakıda musiqi sifarişi üstündə 28 yaşlı gəncin boynunu sındırdılar - VİDEO

Bakıda musiqi sifarişi üstündə 28 yaşlı gəncin boynunu sındırdılar - VİDEO

2018-ci il oktyabrın 10-nu səhər saat 4:06-da “103” xidmətinə çağırış daxil olub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, məlumatda avtobus dayanacaqların birində bir nəfərin halının pis olması göstərilib.
 
10 dəqiqədən sonra həmin dayanacağa çatanda, dəmir oturacağda uzanıqlı vəziyyətdə, 25-30 yaşlarında kişi aşkar edilib.
 
Nə baş verdiyini soruşduqda o, əli ilə yolun əks tərəfini göstərib “pilləkəndən sürüşərək, yıxılıb, bərk əzildiyini və özünü piss hiss etdiyini" deyib.
 
Xəstəyə inyeksiya yolu ilə ağrıkəsici dərman vurub və onu xəstəxanaya aparıblar. Dəfələrlə soruşduqdan sonra adının Elçin olduğunu bildirib. Əvvəl onu 3 saylı şəhər xəstəxanasına aparıblar. Orda rentgen və digər müayinələr etdikdən sonra biliblər ki, xəsarəti onurğa və beyinlə bağlıdır.
 
Buna görə, onu “boynun səthi travması" diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya ediblər. Daxil olan məlumat əsasında Xətai RPİ-də araşdırma başlanılıb.
 
Xəstəxanada müalicə alan Elçin Ələkbərov etiraf edib ki, "Ordubad" adlı kafedə musiqi sifarişi üstündə naməlum şəxs tərəfindən döyülüb.
 
Sonra dalaşdığı oğlan və dostları avtomobillə onu avtobus dayanacağında avtomobildən düşürüblər və ərazidən uzaqlaşıblar. Bir müddətdən sonra ordan keçən bir vətəndaş ona yaxınlaşıb, halının pis olmasını görüb və təcili tibbi yardıma zəng edib.
 
Oktyabrın 12-də Ağdam şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Nizam Məmmədzadə polis idarəsinə gələrək, kafedə tanımadığı şəxsə xəsarətlər yetirdiyini etiraf edib.
 
İstintaqla müəyyən edilib ki, 2018-ci il oktyabrın 10-da gecə saat 3 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən kafenin ümumi zalında Nizam Məmmədzadə tanışları Əliəkbər Məmmədzadə, Rəsul İsmayılzadə və qeyriləri ilə birlikdə spirtli içki qəbul edib, musiqi sifariş veriblər.
 
Digər masada tək oturmuş, əvvəllər tanımadığı Elçin Ələkbərovun da musiqi sifariş etməsini sintezator ifaçısı onlara bildirdikdə Nizam, əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri edib.
 
Elçinin üz nahiyəsinə qəflətən yumruqla zərbə vurub, xəsarət yetirib. Kafedə olan müştərilər onları ayırdıqdan sonra Ələkbərov aralarında yaranmış narazılığı sakit şəkildə yekunlaşdırmaq üçün Məmmədzadəyə çölə çıxmağı təklif edib.
 
Kafedən çıxdıqları vaxt giriş qapısının qarşısında Nizam əvvəlcə Elçinin baş nahiyəsinə arxadan yumruqla sarsıdıcı zərbə endirib, daha sonra idman fəndi işlədərək sonuncunu qaldırıb başı üstə yerə çırpıb və yerdə olan zərərçəkmişi bir neçə dəfə də təpiklə vurub. Nəticədə Ələkbərov oktyabrın 25-də Respublika Neyrocərrahiyə Xəstəxanasında ölüb.
 
İş üzrə dindirilmiş Nizam Məmmədzadə bildirib ki, dostları ilə kafedə görüşüb, yeyib-içiblər. Təxminən gecə saat 2 radələrində əyləşdikləri masadan qalxıb, sintezatorda musiqi ifa edən şəxsə yaxınlaşaraq 10 manat pul verib və mahnı sifariş edib.
 
Bir müddətdən sonra musiqiçi ona əli ilə işarə edərək, sonradan tanıdığı Elçin Ələkbərovun sifariş etdiyi mahnını ifa etmək üçün icazə istəyib.
 
Nizam, bu təkliflə razılaşmayıb. Sintezatorun yanında olan Elçin bunu eşidib, onunla kobud danışmağa başlayıb, aralarında mübahisə yaranıb.
 
Nizam Elçinə yumruq atsa da, kafedə olan müştərilər mübahisəni sakitləşdiriblər və onlar öz masalarında oturub, spirtli içki içməkdə davam ediblər. Təxminən 10 dəqiqədən sonra Ələkbərov oturduqları masaya yaxınlaşıb, məsələni aydınlaşdırmaq üçün onu bayıra dəvət edib və sonra məlum hadisə baş verib.
 
Nizam Elçinə xəsarət yetirərkən boynunun qırılmasını bilməyib. Qorxduğu üçün polisə və ya təcili tibbi yardım stansiyasına müraciət etməyib. 2 gündən sonra baş vermiş hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparıldığını bildikdən sonra könüllü Xətai RPİ-yə gedib və törətdiyi cinayəti etiraf edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizam Məmmədzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib