Azərbaycanda qəzada ölən şəxsin yaxınları şöbə rəisini döydülər - RƏSMİ
- 1-09-2020, 12:56
- Hadisə
Bu gün gecə saatlarında “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədərək hadisə yerində vəfat edib.
KONKRET.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxsin meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib.
Nazirliyin yaydığı məlumata görə, mərhumun yaxınları meyitxanaya hücum edərək işçilərə xəsarətlər yetiriblər:
“Bu gün səhər saatlarında mərhumun yaxın adamları- Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edib, bədən xəsarəti yetiriblər.
Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb”.
Nazirlikdən, həmçinin bildirilib ki, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.