azadses.az » Hadisə » Ağdaşda iri və xırdabuynuzlu heyvanlar naməlum şəraitdə tələf olur - FOTO

Ağdaşda iri və xırdabuynuzlu heyvanlar naməlum şəraitdə tələf olur - FOTO

Ağdaşda iri və xırdabuynuzlu heyvanlar naməlum şəraitdə tələf olur - FOTO
Ağdaşda iri və xırdabuynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə Yenicə kəndindən olan fermerə məxsus təsərrüfatda baş verib.

Rayon sakini Ramin Bəndəliyev təsərrüfatında olan heyvanları örüş sahəsindən qaytardıqdan bir neçə saat sonra onlardan 2 baş qoyunun öldüyünü görüb. Daha sonra fermer digər qoyunların da halsız vəziyyətdə olduğunu müşahidə edib. Fermer sahə baytar həkiminə müraciət edib. Əraziyə cəlb olunaraq müayinələrə başlayan sahə baytar həkimlərin ilkin ehtimalına görə, qoyunlar zəhərləniblər.

Bundan sonra digər 100-ə yaxın qoyun və keçiyə də baytar həkimin məsləhəti ilə dərmanlar verilib. Eyni zamanda Ağdaş Rayon Baytarlıq İdarəsi tərəfindən heyvanların saxlanıldığı ferma dezinfeksiya edilib. Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də fermaya gələrək ölmüş heyvanlardan nümunələr götürüblər və Agentliyin laboratoriyasına göndəriblər.

Analizlərin cavabından sonra heyvanların ölümünün dəqiq səbəbləri məlum olacaq.

Qeyd edək ki, ölmüş heyvanlar dezinfeksiya olunaraq basdırılıb. Təsərrüfat sahibinin sözlərinə görə, 2 gün öncə ona məxsus 1 baş camış da eyni şəraitdə ölərək tələf olub.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib