Bakıda hamilə qadının ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO
- 1-12-2022, 18:21
- Hadisə
Binəqədi rayonu ərazisində evində hamiləlik qanaxmasından vəfat edən beş aylıq hamilə Nəzrin Həsənova ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibbi briqada saat 04:11-də ünvana çatdıqda həkiməqədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.
09:32
Bakıda hamilə qadın evdə ölüb.
“Report”un məlumatına görə, hadisə noyabrın 30-da Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Sumqayıt şəhərində anadan olmuş, beş aylıq hamilə Nəzrin Həsənova yaşadığı Binəqədi rayonu ərazisindəki ünvanda hamiləlik qanaxması səbəbindən vəfat edib.
N.Həsənovanın meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.