Zaqatalaya leysan yağdı: Şəhər və kəndlər susuz qaldı
- 3-08-2020, 12:21
- Hadisə
Leysan yağışları Zaqatalada bir sıra fəsadlar törədib. Belə ki, güclü yağışlardan sonra Zaqatalanın mərkəzində və iki kəndində içməli su problemi ortaya çıxıb.
Bu barədə Oxu.Az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı məlumat verib.Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün işlər görülür:
“Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərində, eləcə də, Zaqatala şəhərinin özündə içməli su ilə təminatında problem yaranıb”.