Ziyarətdən qayıdanlar Lerikdə qəzaya düşüb, 8 nəfər ölüb, 10-dək yaralı var - YENİLƏNİB
Apa xəbər verir ki, Lerik rayonunun Günəşli kəndində baş verən qəzada yaralanan daha iki nəfərin adı bəlli olub:
Səyyadova Zəhra Rəhim qızı,
Axundova Lətifə Zaman qızı
17:32
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qəza nəticəsində xəsarət alanlardan üç nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, beş nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
17:23
Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.
Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Bu barədə APA-ya Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.
Ölənlərin bəzilərinin adı açıqlanıb:
Səyyadov Səyyad Hacıbala oğlu - sürücü
Nərimova Nazilə Ağaəli qızı
Fərəcovaa Şərafət Ənvər
İbrahimova Əsmət Ağababa qızı
Qurbanova Güllər Məmmədağa qızı
17:10
Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.
APA xəbər verir ki, təqribən 18-20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.
Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.
Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
16:30
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
“Report”un məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.