
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Ford” markalı avtomobillə yük maşını (TIR) toqquşub.
“Report”un məlumatına görə, hadisə magistral yolun 108-ci km-də baş verib.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


