azadses.az » Hadisə » Bir həftə süni tənəffüs aparatında qoşulu qalan yeniyetmənin həyatı xilas edildi

Bir həftə süni tənəffüs aparatında qoşulu qalan yeniyetmənin həyatı xilas edildi

Bir həftəyə yaxın süni tənəffüs aparatına qoşulu olan və ölüm təhlükəsi ilə üzləşən 2007-ci il təvəllüdlü yeniyetmənin həyatı xilas olunub.

Belə ki, iyulun 5-də qida zəhərlənməsi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 15 yaşlı Vüsal Mirzəgülov çoxsaylı tibbi müdaxilə və müalicələrdən sonra sağlamlığına qovuşub.

Xəstəxanaya gətirilərkən oğlunun, demək olar ki, nəfəs ala bilmədiyini deyən Seyran Mirzəgülovanın sözlərinə görə, vaxtında tibbi müdaxilə olmasaydı, övladı həyatını itirə bilərdi:

“İyulun 3-də Vüsal evdə hisə verilmiş balıq yedi. Növbəti gün oyananda oğlum dedi ki, ana, başım gicəllənir, hər şeyi iki ədəd görürəm. Dərhal temperaturunu ölçdüm, lakin istiliyi yox idi. Çay, ayran versəm də, içə bilmədi. Axşam saatlarında vəziyyəti daha da ağırlaşdı və yaşıltəhər maye qusdu.

Bundan sonra Şabran Rayon Mərkəzi Xəstəxanasına apardıq. Düzdür, orada müəyyən tibbi yardımlar göstərildi, amma vəziyyəti düzəlmədi, əksinə, daha da pisləşdi və uşağı təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Uşaq Klinik Xəstəxanasına gətirdilər.

Həkimlər dərhal müdaxilə edib, oğlumu yenidən həyata qaytardılar. Göydə Allah, yerdə həkimlərin köməyi ilə övladım sağaldı. Burada bizə çox yüksək səviyyədə xidmət göstərildi. Bütün xərclərimiz icbari tibbi sığorta tərəfindən qarşılandı. Başda xəstəxana rəhbərliyi olmaqla, burada çalışan bütün tibb işçilərinə minnətdaram”.

Həkim Samirə Orucovanın sözlərinə görə, hazırda Vüsalın vəziyyəti stabildir:

“Xəstə 5 iyulda reanimasiya şöbəsinə daxil olub. Gətirilərkən Vüsal çox ağır vəziyyətdə idi, nəfəs ala, hərəkət edə bilmirdi. Xəstədə ikili görmə var idi. Bu, botulizmin əlamətləri idi. Xəstə dərhal süni tənəffüs aparatına qoşuldu. O, beş gün aparata qoşulu vəziyyətdə qaldı.

Müvafiq müalicələrdən və zərdab vurulduqdan sonra xəstənin vəziyyəti yaxşılaşmağa başladı. Hazırda Vüsalın ümumi vəziyyətini stabil qiymətləndirmək olar. Tənəffüs və udma bərpa olunub. Xəstə artıq palataya köçürülüb”.

Hazırda 15 yaşlı Vüsal Mirzəgülovun xəstəxana şəraitində müalicəsi davam etdirilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib