Kür çayında 16 yaşlı gənc batıb

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.