Bakıda tamada toyda BIÇAQLANDI, oğlu xəsarət aldı

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Altun” restoranında baş verib.
Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb.
O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının sözlərinə görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.