Bakıda 32 yaşlı kişini avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Samir Bədir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.