Bakıda maşınla vurulan 8 yaşlı uşaq öldü
- 21-12-2021, 14:17
- Hadisə
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Azadsəs.az” xəbər verir ki, hadisə dünən “Fatmayı bağları” adlanan ərazidə qeydə alınıb.
Yolu keçərək avtobusa minmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərov 2002-ci il təvəllüdlü Fəxri Xubyarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən saytımıza təsdiqləyiblər. İdarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova bildirib ki, faktla bağlı araşdırma aparılır:
“Yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur. Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırırıq. Valideynlərdən isə xahiş edirik ki, uşaqları yollarda nəzarətsiz buraxmasınlar. Hər bir valideyn, uşaqları himayə edən qəyyumlar onların gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirsinlər ki, bu cür hallar baş verməsin”.