Главная > Dünya > II Elizabet və əri vaksinasiya ediləcək

II Elizabet və əri vaksinasiya ediləcək


6-12-2020, 15:53. Разместил: azadses
Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filipp koronavirusa qarşı peyvənd ediləcək.
Bununla bağlı “Daily Mail” məlumat yayıb.
Məlumatlara görə, kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.
Qeyd edilib ki, vaksinasiyanın ikinci mərhələsi ölkədə 80 yaşdan yuxarı insanların peyvəndlənməsini nəzərdə tutur.
İlk mərhələdə isə tibb işçiləri, qocalar evinin sakinləri vaksinasiya ediləcək.
Birinci mərhələyə növbəti həftədən start veriləcək.Oxu.az


Вернуться назад