Главная > Dünya > Rusiyada bazar yanır

Rusiyada bazar yanır


6-12-2020, 10:15. Разместил: azadses
Rusiyada bazarda yanğın başlayıb. 

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, yerli vaxtla saat 06.30 radələrində Rusiya Fövqəladə Hallar Nazirliyinə Rostovda “Klassik” bazarında yanğın olması barədə məlumat daxil olub. 

Hazırda yanğın bazarda ikimərtəbəli ticarət mərkəzində 1,5 min kv.m sahəni əhatə edir. Yanğının söndürülməsinə 12 yanğınsöndürmə texnikası, 36 yanğınsöndürən cəlb olunub.  

İlkin məlumata görə, xəsarət alan yoxdur.APA


Вернуться назад