Главная > Dünya > ÜST direktoru pandemiyanın bitəcəyi TARİXİ açıqladı

ÜST direktoru pandemiyanın bitəcəyi TARİXİ açıqladı


5-12-2020, 12:13. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünən keçirilən videokonfransda bildirib ki, peyvəndin istehsal olunması ilə pandemiya başa çatmayacaq.
''Azad Səs'' xarici mətbuata istinadən xəbər verir ki, o, peyvəndlərin bazara çıxarılması ilə onların dünyada eyni dərəcədə paylanmasının həqiqətən vacib olduğunu vurğulayıb. Lakin o, pandemiyanın tezliklə bitəcəyi ilə bağlı xəyalları dağıdıb.
“Peyvəndin inkişaf etdirilməsi ilə dünyadakı insanlar koronavirus pandemiyasının tez bir zamanda sona çatacağına inandığını zənn edir. Peyvəndlər şübhəsiz ki, ürəkaçan irəliləyişə yol açacaq, amma yenə də rahatlamağa dəyməz. İndi dünyanın bir çox bölgəsində virusun çox yüksək yayılma mərkəzləri olması həkimlər və sağlamlıq sisteminin strukturlarına böyük təzyiq göstərir. COVID-19 pandemiyanın bitməsinə qarşı hələ uzun bir yol var və önümüzdəki günlərdə dövlət başçıları və vətəndaşlar tərəfindən həyata keçirilən tədbirlər həm virusun qısa müddətdə yoluxma sürətini, həm də bu, pandemiyanın nə zaman başa çatacağını təyin edəcək” , - T.A.Qebreyesus əlavə edib.
Konfransda çıxış edən ÜST elmi nümayəndə heyətinin baş mütəxəssisi Dr. Soumya Suaminatan 2021-ci ilin ilk rübündə COVAX vasitəsi ilə paylanacaq 500 milyon doza COVID-19 peyvəndi əldə etməyi ümid etdiklərini söyləyib: “Məqsəd 2021-ci ilin sonuna qədər ən azı 2 milyard doza çatmaqdır. Bu, COVAX-a üzv olan ölkələrin əhalisinin 20 faizinin peyvənd edilməsi üçün kifayət edəcək. Bu rəqəmin epidemiyanın kəskin mərhələsini bitirmək üçün kifayət edəcəyini vurğulayıb”.
Dekabrın əvvəlində ÜST açıq havada maska taxmağı tövsiyə etmişdi. Təşkilatın nümayəndəsi Marqaret Harris yaxşı havalandırma olmayan və ən azı bir metr məsafəni qoruya bilmədiyimiz bütün yerlərdə universal maska rejiminin tətbiq edilməli olduğunu söyləyib.
Xatırladaq ki, dünyada 65 milyondan çox insan COVID-19-a yoluxub və bir milyon yarımdan çoxu virusun yaratdığı fəsadlardan dünyasını dəyişib.

Вернуться назад