Главная > Dünya > ÜST maska ​​taxma qaydalarını sərtləşdirdi

ÜST maska ​​taxma qaydalarını sərtləşdirdi


2-12-2020, 16:14. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris yalnız qapalı yerlərdə deyil, həm də açıq havada maska taxmağa çağırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, M.Harris kifayət qədər havalandırma olmayan yerlərdə sosial məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq qoruyucu maskalar taxmağın vacib olduğunu söyləyib.

Universitetlər və məktəblər də daxil olmaqla, bütün ictimai yerlərdə daim maska taxmaq məsləhət görülüb.

Məkan yaxşı havalandırılsa da, orada azı bir metr sosial məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək lazımdır.

Bu qayda açıq məkanlara da tətbiq olunur: küçədə digər yoldan keçənlərlə məsafə saxlamaq mümkün deyilsə, maska da taxmaq lazımdır.

M.Harris qaydaların belə sərtləşdirilməsinin pandemiya dövründə ən ciddi hallardan biri olduğunu vurğulayıb.


Вернуться назад