Главная > Dünya > Ermənistanda minlərlə hərbçi ölümlə üz-üzə - TƏCİLİ OLARAQ...

Ermənistanda minlərlə hərbçi ölümlə üz-üzə - TƏCİLİ OLARAQ...


2-12-2020, 13:09. Разместил: azadses
Ermənistanın qan ehtiyatı tükənib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, ölkənin R.Yolyan adına Hematoloji Mərkəzi II qan qrupuna ehtiyac olduğuna dair vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilib ki, təcili olaraq qan lazımdır.

Qeyd edək ki, Qarabağ döyüşlərində canlı qüvvəsi darmadağın olan Ermənistanın minlərlə yaralı hərbçisi var.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan 10 noyabrda Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, bir sıra bölgələr Azərbaycanın nəzarətinə keçir, tərəflər əsir mübadiləsi edir, Rusiya sülhməramlıları təmas xətti və Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi boyunca yerləşdirilir. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması da nəzərdə tutulur.

Вернуться назад