Главная > Dünya > ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı

ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı


28-11-2020, 08:07. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) verdiyi açıqlamada pandemiyanın qarşısının alınması üçün dünya əhalisinin təxminən 60-70 faizində immunitet yaranmalı və ya vaksinasiya edilməli olduğunu qeyd edib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS təşkilatın İmmunizasiya şöbəsinin rəhbəri Keyt Obrayenə istinadən məlumat yayıb.
O, qeyd edib ki, hazırda peyvəndin imkanları nəzərə alınmaqla yalnız profilaktik müdafiəni təşkil etmək deyil, eyni zamanda infeksiyanın ötürülməsinin qarşısını almaq lazımdır.


Вернуться назад