Главная > Dünya > Paşinyan bir saatda 2 dəfə Putinə zəng vurdu

Paşinyan bir saatda 2 dəfə Putinə zəng vurdu


27-11-2020, 08:04. Разместил: azadses
Ermənistan Baş naziri Nikol Paşinyan bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan özünün "facebook" səhifəsində məlumat paylaşıb.
 
“Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış işləri, əsirlərin və ölənlərin meyitlərinin dəyişdirilməsi prosesi, sülhməramlıların yerləşdirilməsi və delimitasiyası, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması əsas müzakirə mövzuları olub”, - o, sosial şəbəkədəki səhifəsində yazıb.
Paşinyanın sözlərinə görə, bu cür müzakirələr vaxtaşırı, bəzən isə gündə bir neçə dəfə aparılır.

Вернуться назад